Pakistan Özbəkistan, Tacikistan və İrana yeni səfirlər təyin edib.
"Report" xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun sözlərinə görə, Pakistan 17 ölkəyə, o cümlədən Özbəkistan, Tacikistan və İrana səfir və baş konsul təyin edib.
"Pakistanı xaricdə təmsil etmək üçün 19 səfir və baş konsulun təyin olunmasını elan etməyə şadam", - nazir yazıb.