Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 303 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk ayı ilə müqayisədə 5,8 % çoxdur.
Ötən ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.