IMG-LOGO

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 68 % azalıb

11 Feb 2026 14:50 5 baxış
IMG

Bu ilin yanvar ayında "AzStateNet" şəbəkəsi üzrə 14 milyon 795 min zərərli keçid bloklanıb.

"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 68 % azdır.

Hesabat dövründə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 319 min 100, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 12 min 273 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 5 % və 37 % azdır.

2025-ci ildə "AzStateNet" şəbəkəsi üzrə 449,39 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 26 milyon 525 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.

Xəbər lenti