Azərbaycan Basketbol Liqasının XVII turunda bu gün keçirilməsi planlaşdırılan "Lənkəran" - "Sərhədçi" oyununun başlama saatı dəyişdirilib.
Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 15:00-da yox, 17:00-da start götürəcək.
Qeyd edək ki, qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq.