IMG-LOGO

Güclü qar yolu bağladı, 19 kənd işıqsız qaldı

11 Feb 2026 10:45 5 baxış
IMG
1 0

Ötən gün axşam saatlarından başlayan qar Cəlilabad və Biləsuvar rayonlarında bir sıra fəsadlar törədib.

Lent.az APA-ya istinadla bildirir ki, Cəlilabad–Yardımlı avtomobil yolunun dağlıq hissələrində yol bağlanıb, eləcə də Cəlilabad rayonunun 19-a dağlıq yaxın kəndində elektrik enerjisi verlişində fasilələr yaranıb.

Biləsuvarda isə güclü qar avtomobillərin hərəkətini çətinləşdirib, bir sıra ərazilərdə elektrik enerjisi verlişində fasilələr yaranıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Bölgədə qarlı hava şəraiti davam edir.

Güclü qar Cəlilabad Cəlilabad–Yardımlı yolu

Xəbər lenti