IMG-LOGO

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın bütün iştirakçıları müəyyənləşib

11 Feb 2026 10:41 6 baxış
IMG

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

"Report" Şahmat Federasiyasına istinadən xəbər verir ki, tay-brekdə qələbə qazanan Nicat Abasov, Xaqan Əhməd, Rəhim Qasımov, Kamal Ağasiyev, Paşam Əlizadə və Rəvan Əliyev növbəti mərhələyə vəsiqə qazanıblar.

1/8 finalda Murad İbrahimli turnirin reytinq favoriti Şəhriyar Məmmədyarovla, Əhməd Əhmədzadə Vüqar Rəsulovla, Nicat Abasov Xaqan Əhmədlə, Rəhim Qasımov isə Aydın Süleymanlı ilə qarşılaşacaq. Azərbaycan çempionatının ötənilki qalibi Rauf Məmmədov Şiroğlan Talıbovla, Paşam Əlizadə Read Səmədovla, Rəvan Əliyev Məhəmməd Muradlı ilə, Eltac Səfərli isə Kamal Ağasiyevlə mübarizə aparacaq.

1/8 finaldan etibarən qadın şahmatçılar da yarışa qoşulacaq.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq.

Xəbər lenti