IMG-LOGO

Azərbaycanda sənaye istehsalı 3 %-ə yaxın artıb

11 Feb 2026 10:53 6 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 4,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % çox sənaye məhsulu istehsal edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,4 %, qeyri neft-qaz sektorunda isə 8,7 % artıb.

Sənaye məhsulunun 56,4 %-i mədənçıxarma sektorunda, 35,2 %-i emal sektorunda, 7,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 % azalıb, əmtəəlik qaz hasilatı isə 8,7 % artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 92,7 %, elektrik avadanlıqlarının istehsalı 53,2 %, tikinti materiallarının istehsalı 39,3 %, tütün məmulatlarının istehsalı 37,4 %, kağız və karton istehsalı 26,1 %, toxuculuq sənayesi məhsullarının istehsalı 20,3 %, poliqrafiya məhsullarının istehsalı 8,2 %, geyim istehsalı 3,9 % artıb, mebel istehsalı 0,3 %, qida məhsullarının istehsalı 0,6 %, metallurgiya sənayesi məhsullarının istehsalı 3,9 %, içkilərin istehsalı 6,4 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,7 %, kompüter, elektron və optik məhsulların istehsalı 6,7 %, maşın və avadanlıqların istehsalı 10,8 %, neft məhsullarının istehsalı 16,4 %, kimya sənayesi məhsullarının istehsalı 21,2 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 26,7 %, hazır metal məmulatlarının istehsalı 28,5 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,9 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,7 % azalıb.

Xəbər lenti