Azərbaycan Basketbol Liqasında XVII tura bu gün start veriləcək.
"Report" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Sərhədçi" səfərdə "Lənkəran"la üz-üzə gələcək. Matç Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.
Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq.