IMG-LOGO

KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək

11 Feb 2026 08:58 5 baxış
IMG

ABŞ hökumət qüvvələrinə təlim keçmək üçün Nigeriyaya 200 hərbi qulluqçu göndərməyi planlaşdırır.

"Report"un xəbərinə görə, bu barədə "The Wall Street Journal" qəzeti Amerika və Nigeriya rəsmilərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ hərbçiləri yaxın həftələrdə terrorçularla mübarizədə Nigeriya əsgərlərinə təlim keçmək və texniki dəstək göstərmək üçün bu ölkəyə gedəcəklər. Qeyd olunur ki, yerli qüvvələrə hədəfləri müəyyənləşdirmək üçün kəşfiyyatdan istifadə olunmasına kömək edəcəklər. Lakin Amerika hərbi qulluqçuları döyüş əməliyyatlarında iştirak etməyəcək.

Xəbər lenti