Fransa hakimiyyəti ABŞ-dən xəyali texnoloji üstünlüyünü göstərmək üçün məlumatlarla manipulyasiya edir.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq fakt yoxlama şəbəkəsinin ("Global Fact-Checking Network" - GFCN) analitik materialında deyilir.
"Fransa hökuməti Beşinci respublikanın texnoloji liderliyini nümayiş etdirmək üçün mediada kampaniyaya başlayıb. "X" sosial şəbəkəsində (Prezident) Emmanuel Makron, Fransanın süni intellektə qoyulan investisiyalara görə ABŞ-dən dəfələrlə qabaqda olduğu barədə infoqrafika yayımladı", - materialda deyilir.
Lakin analitiklər qeyd edirlər ki, yüksək səviyyəli bəyanatların arxasında anlayışları dəyişdirmək, çərçivələmək və real büdcələri uzunmüddətli vədlərlə qarışdırmaq dayanır.
Materialda Fransa liderinin qürurunun səbəbinin BMT-nin Ticarət və İnkişaf Konfransının məlumatlarına əsaslanan cədvəl olduğu izah edilir.
"Makronun təfsirinə görə, Fransanın süni intellektə investisiya əyrisi amerikalı rəqiblərini geridə qoyaraq sürətlə artıb. Lakin, ilk mənbəyə daha yaxından baxdıqda, liderlik təəssüratı yaratmaq üçün müəyyən məlumat nümunəsindən istifadə edildiyi ortaya çıxır", - materialda bildirir.
Mütəxəssislər yazırlar ki, əslində Fransa "beton və serverlərə" kapital cəlb edir, lakin məlumat mərkəzlərinin olması ölkəni qabaqcıl süni intellekt modellərinin yaradıcısı etmir.
"İnfrastruktur göstəricilərindən "süni intellekt yarışı" kontekstində istifadə etmək Parisə yüksək texnologiyalarda dominantlıq illüziyası yaratmağa imkan verir", - məqalənin müəllifləri vurğulayırlar.