IMG-LOGO

Trampı öldürəcəyi ilə hədələyən amerikalı 3,5 il həbs cəzasına məhkum edilib

11 Feb 2026 04:23 3 baxış
IMG

"TikTok" sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı öldürəcəyi ilə hədələyən Corciya ştatının sakini Cauan Raşun Porter 3,5 il müddətinə həbs cəzasına məhkum edilib.

"Report"un xəbərinə görə, bu barədə "Fox5" telekanalı məlumat yayıb.

"30 yaşlı Cauan Raşun Porter bazar ertəsi günü üç il beş ay həbs cəzasına, sonra üç il nəzarətə məhkum edilib", - məlumatda deyilir.

Qeyd olunur ki, istintaq zamanı üzərində sursat və partlayıcı maddələr aşkarlanan şəxs təqsirini etiraf edib. Bundan əlavə, o, əvvəlki bir neçə ağır cinayətinə görə şərti cəza alıb.

Xəbər lenti