Rusiya Serbiya ilə strateji tərəfdaş olmaq istəyir.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Rusiyanın Serbiyadakı səfiri Aleksandr Boçan Xarçenko "Politika" qəzetinə bildirib.
O qeyd edib ki, rəsmi Moskva tərəfdaşlıqda maraqladır.
"Rusiya güclü, suveren Serbiya ilə strateji tərəfdaşlıqla həqiqətən maraqlıdır və əmindir ki, bu münasibət formatı hər iki ölkənin və onların vətəndaşlarının maraqlarına tam uyğun gəlir. Birlikdə olduqda bizi küncə sıxa və ya səsimizi ala bilməzlər", - diplomat əlavə edib.
Səfir vurğulayıb ki, bu, artan beynəlxalq gərginlik kontekstində daha da əhəmiyyət kəsb edir.