IMG-LOGO

Suriya Ordusu Əl-Haseke şəhərindən bəzi hərbi qüvvələrini geri çəkir

11 Feb 2026 03:56 4 baxış
IMG

Suriya Ordusunun bölmələri hökumətlə "Suriya Demokratik Qüvvələri" (SDQ) arasında əldə edilən razılaşmaya uyğun olaraq Əl-Haseke əyalətindən (Haseke - red.) geri çəkilir.

"Report"un məlumatına görə, bu barədə SANA Suriya Silahlı Qüvvələrinin Əməliyyatlar Komandanlığının bəyanatına istinadən xəbər verib.

"Qoşunlarımız 2 fevralda Əl-Haseke şəhərində və ətrafında tutduqları mövqelərdən geri çəkilir və onları Daxili Təhlükəsizlik Qüvvələrinin bölmələrinə təhvil verir", - bəyanatda deyilir.

Qeyd olunur ki, SDQ bölmələri də bölgəni tərk edərək, onun xaricindəki bazalarına gedir.

"SDQ ikitərəfli razılaşmaların həyata keçirilməsinə sadiqdir və müsbət addımlar atır. Biz vəziyyəti izləyirik və gələcək tədbirləri müəyyən etmək üçün qiymətləndiririk", - hərbçilərin bəyanatında deyilir.

SDQ komandanı Məzlum Abdi daha əvvəl "Ronahi TV"yə müsahibəsində qruplaşmanın döyüşçülərinin hökumət qüvvələrinə inteqrasiya olunacağını bildirib.

Xəbər lenti