IMG-LOGO

KİV: Venesuela İsrailə neft tədarükünü bərpa edib

11 Feb 2026 00:35 4 baxış
IMG

Venesuela bir neçə ildən sonra ilk dəfə İsrailə neft partiyası göndərir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, yük İsrailin ən böyük xam neft emalçısı olan "Bazan Group" üçün daşınır. İddia olunub ki, son bir ay ərzində Venesuela neftinin böyük hissəsi Hindistan, İspaniya və ABŞ-dəki alıcılara satılıb.

Xatırladaq ki, yanvarın 3-də Karakasda hərbi əməliyyat keçirilib və ABŞ hərbçiləri Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirildiyi açıqlayıb. Yanvarın 5-də onlar Nyu-Yorkun federal məhkəməsində narkotik ticarətində iştirak etməkdə ittiham olunublar. Maduro və həyat yoldaşı ittihamı rədd edib.

Venesuelada dövlət başçısının funksiyalarını Maduro dövründə icraçı vitse-prezident olan Delsi Rodriqes həyata keçirir. ABŞ administrasiyası isə Venesuelanın müvəqqəti idarəçiliyini öz üzərinə götürəcəyini bildirib.

Xəbər lenti