IMG-LOGO

Netanyahu Vaşinqtona yenidən səfər edəcək

10 Feb 2026 21:24 2 baxış
IMG

İsrailin Baş naziri Binyamin Netanyahunun bu həftə Vaşinqtona (ABŞ) iki günlük səfərinə baxmayaraq, onun fevralın 18-22-də planlaşdırılan səfəri qüvvədə qalır.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" mənbəyə istinadən məlumat yayıb.

Ehtimal olunur ki, ikinci səfər zamanı Netanyahu fevralın 19-da ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Qəzza üzrə Sülh Şurasının birinci iclasında iştirak edəcək və fevralın 22-də AIPAC (Amerika İsrail İctimai Əlaqələr Komitəsi) konfransında çıxış edəcək.

Daha əvvəl bildirilmişdi ki, Netanyahu Trampla görüşmək üçün fevralın 11-də Vaşinqtona yollanacaq.

Xəbər lenti