IMG-LOGO

Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq

10 Feb 2026 20:01 5 baxış
IMG

Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərinin 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar sözügedən ərazilərin müəyyən ünvanlarında içməli suyun verilməsində bu gün saat 23:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.

Qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun verilməsi əvvəlki rejim üzrə bərpa olunacaq.

Xəbər lenti