IMG-LOGO

İlham Əliyev: Tramp marşrutu regionda sülhü gücləndirəcək

10 Feb 2026 19:26 5 baxış
IMG
0 0

“Tramp marşrutu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. O, Azərbaycan ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edəcəklər”.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, bu da, ümumiyyətlə, regionda sülhü gücləndirəcək.

İlham Əliyev Azərbaycan prezidenti Tramp marşrutu

Xəbər lenti