IMG-LOGO

Kolumbiyada leysan və torpaq sürüşməsi nəticəsində onlarla insan ölüb

10 Feb 2026 18:43 5 baxış
IMG

Kolumbiyada güclü yağışların fəsadları səbəbindən 22 nəfər ölüb, minlərlə ailə təxliyə edilib.

"Report" "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

"Həlak olanların ümumi sayından 14-ü Kordova və Sukre departamentlərində qeydə alınıb, azı 9 000 ev zərər görüb. Cənub-qərbdəki Narinyo departamentində isə torpaq sürüşməsi nəticəsində yeddi nəfər ölüb", - məlumatda bildirilib.

Qeyd olunub ki, ilin bu vaxtında güclü yağışlar Kolumbiya üçün nadir hadisədir.

Xəbər lenti