IMG-LOGO

ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi - FOTOLENT

10 Feb 2026 17:50 4 baxış
IMG
1 0

Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi ABŞ-ın Vitse-prezidentinə raport verib.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.

***

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycana rəsmi səfərə gəlib.

Lent.az-ın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Ceyms Devid Vensi baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Ceyms Devid Vens ABŞ vitse-prezident

Xəbər lenti