IMG-LOGO

Vardanyan həbsdə Füzulinin şeirini, Hüseyn Cavidin poemasını oxuyub

10 Feb 2026 18:10 3 baxış
IMG
0 0

Ruben Vardanyan məhkəmədə çıxışında saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib.

Lent.az xəbər verir ki, o, bu gün keçirilən prosesdə Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin şeirini və Hüseyn Cavidin poemasından bir hissəni rus dilində oxuduğunu açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilib.

Ruben Vardanyan məhkəmədə son söz deyib, hakimlər hökmlə bağlı müşavirəyə gedib.

Vardanyanın məhkəməsi

Xəbər lenti