IMG-LOGO

Filippində qəza qurbanlarının sayı 50 nəfəri ötüb

10 Feb 2026 17:35 2 baxış
IMG

Filippinin cənubunda "Trisha Kerstin 3" bərəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 51 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı ölkənin sahil mühafizəsinə istinadən xəbər verib.

Daha əvvəl 45 nəfərin həlak olduğu bildirilmişdi.

Axtarış işləri bərpa edildikdən sonra dalğıclar batmış gəminin göyərtəsində iki uşaq və üç böyüyün meyitini aşkar ediblər.

Zamboanqa şəhərindən Colo şəhərinə reys həyata keçirən sərnişin bərəsi yanvarın 25-də axşam saatlarında Basilan əyalətindəki Baluk adası yaxınlığında batıb. 316 sərnişin xilas edilib.

Xəbər lenti