Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 8 milyon ABŞ dolları dəyərində 663 ton qəhvə idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 16 % çoxdur.
Hesabat dövründə Azərbaycan İtaliyadan 2,48 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çox) 140,3 ton (+24 %), Braziliyadan 1,42 milyon ABŞ dolları dəyərində (+39 %) 148 ton (-8 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (+55 %) 88,5 ton (+31 %), Kolumbiyadan 421 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 39 ton (+50 %), Niderlanddan 366 min ABŞ dolları dəyərində (+28 %) 28 ton (+27 %) məhsul alıb.
Azərbaycan 2 il 11 ayın tamamında Amerika Birləşmiş Ştatlarından (ABŞ) tədarükü (1,61 min ABŞ dolları dəyərində 0,01 ton) bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 608 ton qəhvənin 26,6 %-i Braziliyanın, 21,4 %-i İtaliyanın payına düşüb.