IMG-LOGO

Azərbaycan gömrükçüləri xəz dəri məmulatları aşkar edib

10 Feb 2026 15:33 3 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xəz dəri məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

"Report" Komitəyə istinadən xəbər verir ki, Pekin-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı bundan öncə etdiyi səfərdə əl yükləri üzərində mövcud olan birkaları saxlayıb, bu dəfə isə həmin çantaları baqaj yükü kimi təqdim etməklə, yüklərin yoxlanışdan keçdiyi görüntüsünü yaradaraq "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk etmək istəyib.

Gömrük əməkdaşı vətəndaşı "Qırmızı kanal"a yönləndirib və rentgen qurğusu ilə onun yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı həmin şəxsə məxsus çamadan və sellofan torbadan gömrük orqanlarına bəyan edilməyən 27 ədəd müxtəlif markalı xəz dəri məmulatları aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti