IMG-LOGO

Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 27 %-dən çox artırıb

10 Feb 2026 16:01 2 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 4,596 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 27,4 % azdır.

Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,2 % artaraq 3 milyard 062 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 490,007 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,1 % çox), Fransa 311,036 milyon ABŞ dolları (4,9 % az) və İspaniya 291,741 milyon ABŞ dolları (14,2 % çox) dəyərində həyata keçirib.

Xəbər lenti