Ukrayna dövlət Dəniz və Daxili Su Nəqliyyatı və Gəmiçilik Xidmətinin (Gəmiçilik Administrasiyası) rəhbəri Nikolay Kravçuk istefa verdiyini elan edib.
"Report" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb.
"Bu gün Gəmiçilik Administrasiyasının rəhbəri vəzifəsində fəaliyyətimi başa vururam", - o bildirib.
N.Kravçuk 2025-ci ilin yanvarından Gəmiçilik Administrasiyasına rəhbərlik edib. Bundan əvvəl, 2024-cü ilin noyabrından o, bu qurumun rəhbərinin birinci müavini vəzifəsini tutub.