Rumıniyada 1 500-dən çox bələdiyyə hökumətin planlaşdırdığı ictimai idarəetmə islahatları ilə əlaqədar tətil elan edib.
"Report" xəbər verir ki, bu barədə Rumıniya KİV-ləri məlumat yayıb.
Tətil bu gün yerli özünüidarəetmə orqanları nümayəndələrinin qurultayından əvvəl başlayacaq. Qurultayda Rumıniyanın Baş naziri İlie Bolojanın çıxışı planlaşdırılır.
Daha əvvəl o bəyan etmişdi ki, əgər yerli özünüidarəetmə orqanları daha az işçi heyəti və daha az xərclə fəaliyyət göstərə bilməsə, çox güman ki, inzibati-ərazi islahatı məsələsi gündəmə gələcək.