IMG-LOGO

Peskov: Ukrayna üzrə danışıqların bərpasına ümid edirik

10 Feb 2026 13:27 3 baxış
IMG

Moskvada Ukrayna nizamlanması üzrə danışıqların tezliklə bərpasına ümid edirlər.

"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, danışıqlar üzrə konkret vaxt hələ ki yoxdur: "Lakin biz bunun tezliklə baş verəcəyinə ümid edirik".

Qeyd edək ki, Rusiya-Ukrayna-ABŞ formatında Ukrayna nizamlanması üzrə son danışıqlar fevralın 4-5-də Əbu-Dabidə keçirilib.

Xəbər lenti