IMG-LOGO

Aİ: Azərbaycanın iqlim dəyişikliyi üzrə gördüyü işlər yüksək qiymətləndirilməlidir

10 Feb 2026 11:20 3 baxış
IMG

Azərbaycanın iqlim dəyişikliyi sahəsində gördüyü işlər yüksək qiymətləndirilməlidir.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Energetika Nazirliyi və Aİ-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Merlər Razılaşması Təşəbbüsü üzrə tədbirdə bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi hazırda artıq hər kəsə təsir göstərir: "Buraya şəhərlər, icmalar da daxildir. Azərbaycan da iqlim dəyişikliyindən əziyyər çəkən ölkələr sırasındadır. Bu gün iqlim dəyişikliyinə görə Xəzər dənizində suyun səviyyəsi bir neçə santimetr azalıb".

O qeyd edib ki, yerli hakimiyyət orqanları da ölkələrin bu istiqamətdə hədəflərinə nail olmağa kömək etməlidir: "Merlər Razılaşması buna töhfə verir. Bu, təkcə siyasi öhdəlik deyil, həm də praktik yol xəritəsidir. Azərbaycanın bu proqramda iştirakı onun iqlim hədəflərinə nail olmağa çalışdığını göstərir".

Səfir Azərbaycanın iqlim dəyişikliyi sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini vurğulayıb, əlavə edib ki, birlikdə fəaliyyət göstərməklə ölkədə karbon emissiyalarını azaltmaq mümkündür.

Xəbər lenti