Merlər Razılaşmasına qoşulan Azərbaycanın bir şəhərinin imzası dondurulub.
"Report" xəbər verir ki, bunu Merlər Razılaşmasının Şərq komanda rəhbəri Kristof Frerinq Energetika Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə keçirilən Merlər Razılaşması Təşəbbüsü üzrə tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 10 şəhər Merlər Razılaşmasına qoşulub: "Amma Merlər Razılaşmasını imzalayan Azərbaycanın bir şəhərinin imzası dondurulub. Bu, o deməkdir ki, imzalanmadan sonra iki il - biz bunu iki il yarıma qədər uzada bilərik - müddət verilir, lakin heç bir irəliləyiş olmazsa, faktiki olaraq fəaliyyət dayandırılır.
Yəni əgər iki və ya iki il yarım keçdikdən sonra heç bir addım atılmırsa, biz sadəcə imzanın qüvvəsini dondururuq və əlbəttə ki, fəaliyyətin bərpasına razı salmağa çalışırıq. Məhz buna görə bəzən dondurulmuş imzalarımız olur və Azərbaycandakı hallardan biri də budur".