IMG-LOGO

Merlər Razılaşmasında iştirak edən Azərbaycanın 7 şəhərinin fəaliyyət planı hazırdır

10 Feb 2026 12:00 3 baxış
IMG

Merlər Razılaşmasında iştirak edən Azərbaycanın 7 şəhərinin fəaliyyət planı hazırdır.

"Report" xəbər verir ki, bunu Merlər Razılaşmasının Şərq komanda rəhbəri Kristof Frerinq Energetika Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə keçirilən Merlər Razılaşması Təşəbbüsü üzrə tədbirdə bildirib.

Onun sözlərinə görə, sevindirici hal odur ki, Merlər Razılaşmasında iştirak edən Azərbaycanın 9 şəhərindən 7-nin artıq fəaliyyət planı hazırdır: "Bu, kifayət qədər yaxşı göstəricidir. Bu, şəhərlərin məsuliyyətli olduğunu və fəaliyyət planı hazırlamaq üçün çalışdıqlarını göstərir. Ümumilikdə, bu şəhərlər ölkə əhalisinin 9 %-ni təmsil edir. Doğrudur, bu, digər ölkələrlə müqayisədə çox deyil. Lakin nəzərə almalıyıq ki, əksər ölkələrdə paytaxt şəhəri qoşulan kimi artıq əhalinin 20 və ya 3 0%-i əhatə olunmuş olur. Azərbaycanın bu şəhərləri hazırkı mərhələdə öhdəliyinə 1,3 milyon ton karbon qazının azaldılması öhdəliyini götürüb".

O qeyd edib ki, Bakı şəhərinin də Merlər Razılaşması təşəbbüsünə qoşulması çox yaxşı olardı: "Çünki ölkələrin böyük şəhərlərinin belə təşəbbüsə qoşulması çox ciddi effekt verir".

Xəbər lenti