IMG-LOGO

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan batutçuları müəyyənləşib

10 Feb 2026 10:56 5 baxış
IMG

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, "AGF Trophy"də iştirak edəcək Azərbaycan batutçuları müəyyənləşib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Gimnastika Federasiyasından bildirilib.

Yarışda Maqsud Mahsudov, Mehdi Əliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Selcan Mahsudova, Şəfiqə Hümbətova, Ayan Şabanova mübarizə aparacaqlar.

Gimnastlar turnirdə kişi və qadınların fərdi proqramında, qarışıq, qadın və kişi sinxron cüt kateqoriyalarında bacarıqlarını göstərəcəklər.

Dünya Kubokunda Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ-dən olan və neytral idmançılar iştirak edəcəklər.

Qeyd edək ki, turnir fevralın 21-22-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Xəbər lenti