IMG-LOGO

Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 24 %-ə yaxın azaldıb

10 Feb 2026 11:01 4 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 8,105 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23,8 % azdır.

Hesabat dövründə Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 7,5 % azalaraq 562,428 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı İraq 84,212 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7,4 % az), Böyük Britaniya 25,962 milyon ABŞ dolları (35,8 % az) və ABŞ 24,630 milyon ABŞ dolları (19,3 % az) həyata keçirib.

Xəbər lenti