IMG-LOGO

Şahmat üzrə Azərbaycan çempionatında 1/16 final mərhələsinin ikinci partiyaları keçirilib

10 Feb 2026 10:00 4 baxış
IMG

Şahmat üzrə Azərbaycan çempionatında 1/16 final mərhələsinin ikinci partiyaları keçirilib.

Bu barədə "Report"a Şahmat Federasiyasından məlumat verilib.

İki oyunun nəticəsinə əsasən Murad İbrahimli Vüqar Manafova (1,5:0,5), Əhməd Əhmədzadə Allahverdi Həmidova (1,5:0,5), Vüqar Rəsulov Fərid Orucova (2:0) qalib gələrək növbəti mərhələyə adlayıb.

Rəqibini hər iki partiyada məğlub edən Aydın Süleymanlı, Eltac Səfərli, Şiroğlan Talıbov 1/8 finalda mübarizə aparmaq imkanı qazanıb. İlk görüşdə qələbə qazanan, cavab oyununda heç-heçəyə nail olan Məhəmməd Muradlı və Read Səmədov da adını növbəti mərhələyə yazdırıb.

1/16 final mərhələsinin iki oyunundan sonra qalib müəyyənləşməyən tərəflər arasında bu gün tay-brek oynanılacaq. Nicat Abasov - Şəmsi Qaraxanov, Ümid Aslanov - Xaqan Əhməd, Rəhim Qasımov - Məhəmməd Zülfüqarlı, Kamal Ağasiyev - Fərhad Tahirov, Xəzər Babazadə - Rəvan Əliyev və Misrətdin İskəndərov - Paşam Əlizadə arasında qalib bu gün baş tutacaq tay-brek oyunlarında müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionatına fevralın 22-də yekun vurulacaq. Qadın şahmatçılar mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq.

Xəbər lenti