IMG-LOGO

ABŞ Sakit okeanda narkotacirlərin gəmisinə zərbə endirib

10 Feb 2026 05:56 3 baxış
IMG

ABŞ fevralın 9-da Sakit okeanın şərq hissəsində narkotacirlərə məxsus gəmiyə zərbə endirib, nəticədə iki nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"Kəşfiyyat təsdiqləyib ki, gəmi Sakit okeanın şərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət edib və narkotrafik üçün istifadə olunub", - deyə paylaşımda bildirilib.

Komandanlıq həmçinin qeyd edib ki, gəmidə olanlardan biri sağ qalıb, hərbçilər axtarış-xilasetmə əməliyyatının keçirilməsi üçün bu barədə ABŞ Sahil Mühafizəsinə məlumat veriblər.

Xəbər lenti