IMG-LOGO

KİV: İraqın ən böyük neft emalı zavodunda baş verən yanğında bir nəfər ölüb, səkkiz nəfər yaralanıb

10 Feb 2026 01:44 2 baxış
IMG

İraqın şimalındakı Səlahəddin əyalətinin Beyci şəhərində yerləşən neft emalı zavodunda (NEZ) baş verən yanğın nəticəsində bir fəhlə həlak olub, daha səkkiz nəfər isə yanıq xəsarətləri alıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Iraqi News" agentliyi xilasedicilərə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerinə dərhal mülki müdafiə qrupları cəlb olunub. Daha sonra İraqın Neft Nazirliyi yanğının söndürüldüyü barədə məlumat yayıb.

Hadisə nəticəsində bir fəhlə həlak olub, səkkiz nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. NEZ rəhbərliyi yanğından zərər çəkmiş blokun fəaliyyətini dayandırıb.

Agentlik qeyd edib ki, Beyci NEZ İraqın ən böyük neft emalı zavodudur. O, ölkənin bütün neft emalı gücünün üçdə birini təmin edir.

Xəbər lenti