IMG-LOGO

Fransanın daxili işlər naziri gənclər arasında zorakılığın artdığını açıqlayıb

10 Feb 2026 00:54 2 baxış
IMG

Fransada gənclər arasında zorakılıq səviyyəsinin artması müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Loran Nunyes "BFMTV" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, zorakılıq getdikcə daha çox adi səbəblərdən gənclər arasındakı münasibətlərə sirayət edir.

"Soyuq silahdan istifadə halları getdikcə artır", - nazir qeyd edib.

O bildirib ki, 2025-ci ilin martından dekabrına qədər 525 şagirddə bıçaq aşkar edilib. Yoxlamalar birbaşa məktəblərdə və ya onların yaxınlığında həyata keçirilib.

Nunyes hakimiyyət tərəfindən buna "sərt reaksiya verilməsinin vacibliyini" bəyan edib. O əmin edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları soyuq silah daşınmasını yoxlamaq məqsədilə təhsil müəssisələrində və onların ətrafında hər ay 1,5 min şagird üzərində yoxlamaları davam etdirəcəklər.

Xəbər lenti