Konqo Demokratik Respublikasının cənubundakı mədəndə baş verən torpaq sürüşməsi nəticəsində 10-dan çox adam həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Actualite" xəbər portalı məlumat yayıb.
Bildirilib ki, uzun sürən yağışlardan sonra mis və kobaltın qeyri-qanuni hasilatının aparıldığı mədəndə torpaq sürüşməsi baş verib. Ən azı 11 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.
10 minə yaxın qeyri-qanuni işçinin çalışdığı açıq mədən Konqonun Lualaba əyalətinin paytaxtı Kolvezi şəhərindən 20 km məsafədə Tilvizembe rayonunda yerləşir. Son səkkiz ay ərzində suyun səviyyəsənin qalxması səbəbindən orada işlər aparılmırdı.