IMG-LOGO

Bakıda Orta Dəhlizin Avropa-Asiya ticarətindəki rolu müzakirə olunub

09 Feb 2026 18:17 5 baxış
IMG

Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatası nümayəndələrinin Polşanın Azərbaycandakı səfiri Pavel Radomski ilə Azərbaycan bazarındakı mövcud vəziyyətə və Avropa ilə əlaqələrin əsas məsələlərinə həsr olunmuş görüşü keçirilib.

"Report" xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatası məlumat yayıb.

"Biz Polşanın Azərbaycandakı səfiri Pavel Radomski və Polşa diplomatik missiyasının nümayəndəsi Artur Podlesnı ilə bazardakı dəyişikliklər, regional imkanlar və ümumi biznes prioritetləri barədə fikir mübadiləsi apardıq", - məlumatda bildirilib.

Tərəflər Almaniya və Avropadakı iqtisadi tendensiyaları, Azərbaycanda Avropa şirkətləri üçün imkanları, həmçinin energetika, infrastruktur və logistika daxil olmaqla əsas sektorlarda əməkdaşlıq potensialını müzakirə ediblər.

Orta Dəhlizin regional əlaqəlilik və Avropa-Asiya ticarəti üçün strateji əhəmiyyətinə, eləcə də 2026-cı ilin oktyabrına planlaşdırılan ixracın maliyyələşdirilməsi üzrə Almaniya-Azərbaycan Konfransının ilkin perspektivlərinə xüsusi diqqət yetirilib.

Xəbər lenti