IMG-LOGO

MOK erməni idmançılarla bağlı müraciətinə müsbət cavab aldığını təsdiqləyib

09 Feb 2026 18:19 5 baxış
IMG

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) erməni idmançıları Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda "Arsax" adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.

"Report" xəbər verir ki, MOK-un haqlı narazılığına Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət bildiriblər.

Erməni idmançılarının bu seçiminin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış vaxtı erməni idmançılarının istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi barədə məlumat verilib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Xəbər lenti