IMG-LOGO

Bosniya və Herseqovina ilə Serbiya arasında sərhəd çayı tonlarla tullantı ilə çirklənib

09 Feb 2026 18:01 4 baxış
IMG

Bosniya və Herseqovina ilə Serbiya sərhədinin böyük bir hissəsini təşkil edən Drina çayı tonlarla tullantı ilə çirklənib.

"Report"un Balkan bürosu xəbər verir ki, AFP-nin çayı çəkdiyi son görüntülərində çayın yuxarı axın hissəsində yerləşən qanunsuz tullantı poliqonlarından axıdılan tonlarla tullantı əks olunub.

Drina çayı, demək olar ki, plastik butulkalar, ağac parçaları, məişət texnikası, hətta tibbi tullantılar ilə örtülüb.

Yerli və beynəlxalq media platformalarında yayılan məlumatlara görə, bütün bu tullantılar çaya Bosniya və Herseqovinadakı, eləcə də Serbiya və Monteneqrodakı qanunsuz zibil poliqonlarından daxil olur.

"Washington Post" yazır ki, hər il qışın gəlişi və su səviyyəsinin qalxması ilə regiondakı çaylar sahilləri boyunca yerləşən qanunsuz zibilxanalardan tullantıları özü ilə aparır. Bu tullantıların hamısı sonda Drina çayına tökülür və Vişeqraddakı hidroelektrik stansiyasının bəndləri yaxınlığında toplanaraq ekoloji fəlakət filmlərini xatırladan mənzərələr yaradır.

Xəbər lenti