Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 13,662 milyon ABŞ dolları dəyərində maşın hissələri və komponentləri idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 16,3 % azdır.
Hesabat dövründə Türkiyənin maşın hissələri və komponentləri ixracının ümumi dəyəri illik müqayisədə 3 % artaraq 813,838 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 95,159 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,4 % çox), ABŞ 55,342 milyon ABŞ dolları (51 % çox) və İtaliya 39,177 milyon ABŞ dolları (27,3 % çox) həyata keçirib.