IMG-LOGO

Milli Paralimpiya Komitəsinin 30 illik yubiley münasibətilə hazırlanan loqoları təqdim olunub

09 Feb 2026 13:32 3 baxış
IMG

Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni və 30 illik yubiley münasibətilə hazırlanan loqoları təqdim olunub.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Yeni loqo özündə böyük mənaları və paralimpiya ruhunu ehtiva edir. Loqoda üçrəngli Azərbaycan bayrağını sürətlə zəfərə doğru aparan paralimpiyaçı əks olunub.

Eyni zamanda, rənglərdən mavi özünəinamı, qırmızı əzmlə irəliləməyi, yaşıl isə güc və qüvvəni simvolizə edir. Komitənin adının aşağısında isə Beynəlxalq Paralimpiya Komitəsinin loqosu göstərilib.

Qeyd edək ki, loqo Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən rəsmi şəkildə təsdiqlənib. 1996-cı ildə təsis olunan və 2026-cı ildə 30 illik yubileyini qeyd edən Milli Paralimpiya Komitəsinin yeni loqoya uyğunlaşdırılmış yubiley loqosu da ictimaiyyətə təqdim edilib.

Xəbər lenti