Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 744 min ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 38,5 % azdır.
Hesabat dövründə Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 14,3 % artaraq 522 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Çin 147,678 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 29,1 % çox), ABŞ 36,179 milyon ABŞ dolları (16,2 % az) və Bolqarıstan 35,402 milyon ABŞ dolları (38,2 % az) həyata keçirib.