IMG-LOGO

Livanda binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb

09 Feb 2026 12:27 47 baxış
IMG

Livanın şimalında Tripoli şəhərində beşmərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

"Report" TASS istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəisi general İmad Xreyş "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Fevralın 8-də uçan binanın yerləşdiyi ərazidə axtarış-xilasetmə əməliyyatı bütün gecə davam edib. Hazırda dağıntılar altında 14 meyit aşkar edilib, 8 nəfəri isə sağ çıxarmaq mümkün olub, onlar xəstəxanaya göndəriliblər".

Mənbə: report.az

Xəbər lenti