IMG-LOGO

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turniri iki mükafatla başa vurub

09 Feb 2026 11:26 5 baxış
IMG

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Tunisin eyniadlı paytaxtında keçirilən "WTT Youth Star Contender Tunis 2026" beynəlxalq turnirini iki mükafatla başa vurub.

"Report" Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, U-15 yaş qrupunda mübarizə aparan idmançı fərdi yarışda bütün rəqiblərini üstələyərək finala yüksəlib.

Milli üzvü həlledici qarşılaşmada ispaniyalı Ladimir Mayorova uduzaraq gümüş medala sahib çıxıb.

O.Quluzadə daha əvvəl eyni turnirin qoşa yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdı. Bununla da o, ilin ilk sınağında hesabına bir qızıl və bir gümüş mükafat yazdırıb.

Xəbər lenti