IMG-LOGO

Nazir müavini: "Kibertəhlükəsizliyin gücləndirilməsi üçün sistemli tədbirlər görülür"

09 Feb 2026 10:46 4 baxış
IMG

Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi üçün sistemli tədbirlər görülür.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günündə deyib.

Nazir müavini vurğulayıb ki, son illər Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində rəqəmsal inkişaf sahəsində mühüm nailiyyətlər əldə edilib.

O qeyd edib ki, rəqəmsallaşma dövlət idarəçiliyinin səmərəliliyini artırmaqla yanaşı, iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında geniş imkanlar yaradır: "Eyni zamanda, rəqəmsallaşma ilə paralel olaraq informasiya sistemlərinin genişlənməsi kibertəhdidlərin artmasına, məlumatların məxfiliyinin və bütövlüyünün pozulması risklərinə səbəb olur. Bu baxımdan, dövlət orqanlarının, özəl sektorun vətəndaşların rəqəmsal təhlükəsizliyə məsuliyyətli yanaşması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi rəqəmsal inkişafın ayrılmaz tərkib hissəsi kimi xüsusi əhəmiyyət kəsb edir".

S. Məmmədov bildirib ki, hazırda ölkə səviyyəsində dövlət və özəl sektorda kibertəhlükəsizliyin gücləndirilməsi, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir: "Bu tədbirlər normativ-hüquqi bazanın təkmilləşdirilməsini, institusional potensialın gücləndirilməsi və insan kapitalının inkişafını əhatə edir".

Xəbər lenti