IMG-LOGO

Slovakiyalı MMA döyüşçüsü rəqibinin qulağını dişləyib

09 Feb 2026 10:49 4 baxış
IMG

Slovakiyalı Pavol Vasko Çexiyada keçirilən MMA turnirində rəqibi Vatslav Mikulasekin qulağını dişləyib.

"Report" "The Sun"a istinadən xəbər verir ki, hadisə turnirin əsas döyüşünün ilk saniyələrində baş verib.

Qayda pozuntusuna görə qarşılaşma dayandırıldıqdan sonra P.Vasko diskvalifikasiya olunub. İdmançı oktaqonu tərk edərkən azarkeşlərin hücumuna məruz qalıb. Tamaşaçıların atdığı stullardan biri onun başına dəyib.

Pavol Vasko insidentdən sonra arenanı tərk edib.

Xəbər lenti