Azərbaycanda 1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək, 11 min 58 nəfər Səhiyyə Nazirliyinin Qazanılmış İmmunçatışmazlığı Sindromu ilə (QİÇS) Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır.
Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Həmin şəxslərdən 70 %-i kişilər, 30 %-i isə qadınlardır.
Xatırladaq ki, Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb.
MƏLUMAT YENİLƏNİR...