IMG-LOGO

İsrail səfiri: "Kibertəhlükəsizlik iqtisadi dayanıqlılıq və texnoloji inkişafın sütunudur"

09 Feb 2026 11:01 4 baxış
IMG

Azərbaycan və İsrail arasında həyata keçirilən birgə təşəbbüs kibertəhlükəsizliyin artıq sadəcə texniki bir sahə olmadığını, milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və texnoloji inkişaf üçün strateji sütun olduğunu göstərən ortaq anlayışı əks etdirir.

"Report" xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günündə bildirib.

O, qeyd edib ki, Mərkəz çox xüsusi məna daşıyır: "Mərkəz təkcə bir təlim müəssisəsi deyil, eyni zamanda vizyonun, insanlara sərmayənin və bilik gücünə inamın rəmzidir. Mərkəzin nailiyyətləri öz sözünü deyir. Yüzlərlə mütəxəssisin hazırlanması və onların dövlət və özəl sektorun əsas mövqelərinə yerləşdirilməsi əlamətdar bir uğurdur. Bu, Azərbaycanın təkcə infrastruktur deyil, həm də ən yüksək səviyyədə insan kapitalı formalaşdırdığını göstərir".

Xəbər lenti