IMG-LOGO

Zaqatala İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarıldı

09 Feb 2026 10:13 4 baxış
IMG
0 0

Zaqatala Rayon İcra Hakimiyyətinin iki əməkdaşı vəzifəsindən azad olunub.

Lent.az oxu.az-a istinadla bildirir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Sənədə əsasən, icra hakimiyyətinin baş məsləhətçiləri Ruqiyyət Sultanova və Zəminə Qostiyeva dövlət qulluğunda çalışmanın son yaş həddi ilə əlaqədar tutduqları vəzifələrdən azad ediliblər.

Xatırladaq ki, R.Sultanova Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Zaqatala rayonu

Xəbər lenti